» » Sənətçilərdən kim müxalif partiyanın üzvüdür?

Sənətçilərdən kim müxalif partiyanın üzvüdür?

Bölmə: Şou
Sənətçilərdən kim müxalif partiyanın üzvüdür?
Şou biznes, incəsənət insanlarına siyasət baxımından sual verdikdə ən çox eşitdiyimiz cavab bu olur: “Biz sənətçilər siyasətə qarışmırıq”. Lakin araşdıranda məlum olur ki, ən məşhur olanından tutmuş bir çox incəsənət nümayəndələri siyasi partiyanın üzvüdürlər.
Bəs görəsən sənətçilərdən kim müxalif partiyanın üzvüdür?

Bu günlərdə “Yeni Müsavat”a daxil olan məlumata görə tanınan müğənni Manaf Ağayev millət vəkili İqbal Ağazadənin sədri olduğu “Ümid” partiyasının üzvüdür. Məlumatı dəqiqləşdirmək üçün müğənniyə müraciət etdik. Müğənni “Yeni Müsavat”ın əməkdaşına verdiyi açıqlamada yayılan xəbəri təkzib edib:

“Bu tamamilə səhv məlumatdır. Çünki, bu günəcən heç bir siyasi partiyanın üzvü olmamışam, nə iqtidar, nə də müxalifət”.

Müğənni Əli Mirəliyev isə əməkdaşımıza verdiyi açıqlmada bildirmişdi ki, uzun illər bundan öncə Müsavat Partiyasının üzvü olub, lakin partiya daxili çəkişmələr üzündən üzvülükdən imtina edib.

Xalq artisti Flora Kərimova da nə vaxtsa müsavatçı olduğunu deyib:
“Doğrudur, nə vaxtsa bu partiyanın üzvü olmuşam. Lakin hazırda bu cür suallara cavab vermək istəməzdim”.

Əməkdar artist Nüşabə Ələsgərli də üzvü olduğu partiyanı açıqlayıb:
“Artıq 5 ildir ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzüvüyəm”.

Nadir Qafarzadə və Elza Seyidcahan da əməkdaşımıza uzun illərdir ki, YAP-ın üzvü olduğunu bildirdilər.

“Yeni Müsavat”ın əməkdaşının apardığı kiçik araşdırmadan məlum olub ki, digər sənətçilər, o cümlədən xalq artisti İlhamə Quliyeva, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artislər Tünzalə Ağayeva, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Rəşad İlyasov, İlqar Muradov, Səfurə Əlizadə, Aysel Teymurzadə, Sevda Yəhyayeva, Natəvan Həbibi, Lalə Məmmədova, Cavanşir Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdürlər.

Burdan da belə məlum olur ki, tanınmış sənətçilərdən heç kimsə müxalif partiyaların üzvü deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler