» » "Oğluma 2 dəfə toy etmişəm"-

"Oğluma 2 dəfə toy etmişəm"- Əlikram Bayramov

Bölmə: Şou, BLOK XƏBƏR
"Oğluma 2 dəfə toy etmişəm"-

Neçə gündür, bəzi mətbuat orqanlarında müğənni Əlikram Bayramovun gözünün ağı-qarası bir oğluna 3 gün toy etməsi xəbəri yayılıb.

Xalqinfo.az bildirir ki, atv.az-ın əməkdaşı dəbdəbəli toy barədə ifaçının özü ilə söhbətləşib. Toya ən çox pul salan həmkarının adını açıqlamasa da, ifaçı bildirib ki, hər kəsdən o cəhətdən çox razıdır: "Mən pul yığmağa görə toy etməmişəm. Amma toya gedən olmuşam deyə, hər şey yaxşı oldu. Sənət yoldaşlarım da sağ olsun, bu xoş gündə məni tək qoymadılar".

Sənətçi atv.az-a oğluna 3 gün toy etməsi xəbərini də yalanladı: "Mənim gözümün ağı-qarası bir oğlum var. Toy 3 dəfə təşkil olunmayıb. Birinci toy qız toyu idi, onun bizə elə bir aidiyyəti yox idi. Mən oğluma iki dəfə toy etmişəm. Birinci toy 15 mayda, ikinci toy isə 25 mayda olub. Bir toyda sənət yoldaşlarım olub, digər toyda isə ailəm, qohum-əqrəbam. Mənim ətrafım çox genişdi. Azərbaycan xalqı məni çox sevir. Mahnılarım da dillər əzbəridir. Onların hamısını bir məkana birlikdə sığışdıra bilməzdim".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler