» » 600 manatla bağlı daha bir - Açıqlama

600 manatla bağlı daha bir - Açıqlama

Bölmə: Şou
600 manatla bağlı daha bir - Açıqlama
"ATV Maqazin" jurnalının baş redaktoru, “Azərbaycanın səsi” layihəsinin aparıcısı Günay Firudinqızı sosial şəbəkədə layihədə iştirak etmək üçün iştirakçılardan 600 manat pul tələb edildiyi haqda yayılan məlumatlara münasibət bildirib.


“Qafqazinfo”ya açıqlamasında teleaparıcı layihə çərçivəsində yığılan pulların iştirakçılara sərf olunacağını bildirib:

“Yayılan məlumatlar həqiqətdir, dünyanın hər yerində bu cür yarışmalarda müəyyən məbləğ yığılır. Müğənni Elnarə Xəlilova da bu məlumatlara sosial şəbəkədə aydınlıq gətirib. Pul ödəyən iştirakçılar daha məsuliyyətli olur, məşqlərə vaxtında gəlir, yarışmanı yersiz tərk etmir, işinə ciddi yanaşır. Biz o pulu iştirakçı məsuliyyətli olsun deyə yığırıq. Yığılan pullar iştirakçılara xərclənəcək, onların səhnə şoularına, qrimlərinə sərf olunacaq. Bu pullarla daha qlamur yarışma ərsəyə gələcək. Müsabiqədən kəsilən iştirakçıların isə pulu geri qaytarılacaq”.

Qeyd edək ki, “ATV” kanalında yayımlanacaq “Azərbaycanın səsi” layihəsinin münsiflər heyəti Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Elnarə Xəlilova və Natavan Həbibidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler