» » “Eurovision- 2015”in qalibi məlum oldu-

“Eurovision- 2015”in qalibi məlum oldu- Video

Bölmə: Şou, BLOK XƏBƏR
“Eurovision- 2015”in qalibi məlum oldu-
Avstriyanın paytaxtı Vyanada “Eurovision- 2015” mahnı müsabiqəsinin final mərhələsi başlayıb.


“Xalqinfo”nun məlumatına görə, artıq ölkələr aparıcılar tərəfindən sıralama ilə təqdim ediblər.

“Eurovision-2015”in Azərbaycan təmsilçisi Elnur Hüseynov 24-cü çıxış edib.

O, İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.

Müsabiqə “İTV” tərəfindən canlı yayımlanır.

***

Artıq səsverməyə start verilib, birincilik uğrunda 27 ölkə mübarizəyə qoşulub.

***

“Eurovision- 2015” mahnı müsabiqəsində səsvermə prosesi başa çatıb.

***

Artıq səslər hesablanıb, 40 ölkə sözügedən səsvermədə iştirak edir. İlk səs verən ölkələr Monteneqro və Malta ölkəmizə 8 bal verib.

***

Azərbaycan 8 balı İtaliyaya, 10 balı Gürcüstana, 12 balı isə Rusiyaya verib.

***

Hələlik müsabiqənin qalibi 187 balla Rusiyadır.

***

Azərbaycana bal verən digər ölkələrin siyahısı:

Moldova 3 bal, Çexiya 12 bal, Litva 2 bal, Rusiya 3 bal, Gürcüstan 10 bal.

***

Vaxtından əvvəl qalibin adı bəlli olub. İsveç 328 balla liderdir.

***

“Eurovision- 2015” mahnı müsabiqəsinin qalibi İsveçdır. Azərbaycan isə yarışmada 49 balla 12-ci yerdə qərarlaşıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler