» » Roza Zərgərli oyunu tərk etdi

Roza Zərgərli oyunu tərk etdi (Video)

Bölmə: Şou
Roza Zərgərli oyunu tərk etdi"Maşın" realiti-şousu daha bir iştirakçısı ilə vidalaşıb.

Xalqinfo.az-ın məlumatına görə, aparıcı Murad Dadaşov bu gün Roza Zərgərliyə üz tutaraq, "Maşın əldən getdi" dedi.

İştirakçılar tərəfindən qutuya daha çox şəkli atılan Roza xanım Anar Atakişiyevi çıxaracağını bəyan etmişdi. Anar rəqibinin hədəfi olduğunu bilən andan əks hücuma keçdi. Roza Zərgərlinin ikiüzlü olduğunu deyən stilist, onun kamera qarşısında dəyişdiyini açıqladı.

Maşından getmək istəməyən Roza xanım, hərbçilərdən, həkimlərdən və şəmkirlilərdən səs istədi. Murad Dadaşov Rozanın səs faizlərinin az olduğunu bildirəndə, ifaçı "4 uşaq anasıyam" deyərək tamaşaçılarda özünə qarşı mərhəmət hissi oyatmaq istədi.

Onun bu açıqlaması çəkiliş pavilyonunda şok effekti yaratdı. Qulaqlarına inanmayan Murad bəy "Doğrudanmı sizin 4 uşağınız var" deyə soruşdu.

Roza xanımın "bəli" cavabı aparıcını təəccübləndirdi. Əlbəttə ki, Roza Zərgərlinin özünün dünyaya gətirdiyi bir qızı var. Digər üç uşağı isə himayəsinə götürüb.

Anar Atakişiyev Roza Zərgərlinin xeyriyyəçiliyini reklam edərək səs istəməsini pislədi: "Roza xeyriyyəçiliyini reklam eləyir. Mən isə heç vaxt etdiyim yaxşılıqları dilə gətirməmişəm. Mən də az yaxşılıqlar etməmişəm, belə şeyləri danışmağı sevmirəm sadəcə".

Ən sonda bütün Azərbaycandan səs istəyən Anar qalib gəldi. Roza Zərgərli olduqca az səs toplayaraq şounu tərk etmək məcburiyyətində qaldı.

Mənbə
ANS PRE

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler