Elgiz toyuna dəvət etməyəcək

Bölmə: Şou
Elgiz toyuna Bir həftədən sonra toyu olacaq tanınmış teleaparıcı Elgiz Əkbər media nümayəndələrini toyuna buraxmayacaq.

Xalqinfo.az bildirir ki,Məşhur aparıcı ANS PRESS-ə açıqlamasında, toyun qapalı şəkildə keçiriləcəyini söylədi:

"Günlərdir jurnalistlər zəng vurub toyda çəkiliş aparmaq istədiklərini bildirirlər. Jurnalistlərin hər birinə böyük hörmətim var, çoxları ilə də dostam. Amma məni üzrlü hesab etsinlər, toyum media üçün təmamilə qapalı şəraitdə keçiriləcək. Qonaqlarımın rahatlığı naminə bu qərarı vermişəm. Dəvət olunanlar arasında tanınmış simalar az deyil, onların mənim məclisimdə sıxılmalarını istəmirəm. Toya gələcək hər kəs mənim əziz qonağımdır, istəmirəm özlərini narahat hiss etsinlər".

Xatırladaq ki, ANS TV-nin "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbərin toyu 9 mayda olacaq. Elgiz bəy sevib-seçdiyi Əsmər adlı xanımla ailə həyatı quracaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler