» » “Nanəni sevirəm...”-

“Nanəni sevirəm...”- Namiq

Bölmə: Şou, BLOK XƏBƏR
“Nanəni sevirəm...”-

Meyxanaçı Namiq Qaraçuxurlu teleaparıcı Nanə Ağamalıyeva ilə sevgili olması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında meyxanaçı yayılan söhbətləri əsassız adlandırıb:


“Bəli, mən Nanə xanımı çox sevirəm. Bir yaradıcı sənət adamı kimi çox bəyənirəm. Yaradıcı insandır. Xətrini çox istəyirəm. Yayılan söhbətlər əsassızdır, bizim aramızda sevgi-məhəbbət yoxdur. Biz yaxın dostuq. “Mənə bir az ondan danış” verilişinin qonağı olacam. Nanə xanımın layihəsinə və komandasına xələl gətirməmək üçün tam açıqlama vermək istəmirəm. Bir onu deyə bilərəm ki, yayılan video-rolik və şəkillər veriliş üçün çəkilib”.

Qeyd edək ki, “10-lar” verilişi cütlük barədə sujet təqdim edib. Sujetdə cütlüyün səmimi fotoları və video görüntüləri yer alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler