» » "O mənim həyatımda canlı meyitdir"

"O mənim həyatımda canlı meyitdir" İlhamə Quliyeva

Bölmə: Şou, BLOK XƏBƏR
"O mənim həyatımda canlı meyitdir"Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun haqda səsləndirdiyi sərt fikirlərə münasibət bildirib. Xalq artisti qafqazinfo-ya açıqlamasında bildirib ki, Kərimovanın fikirləri onun üçün əhəmiyyətsizdir:

"Canı sağ olsun. Elə şeylər vecimə deyil. Hansı siyasətdən danışır? Flora ilə hansı siyasət işlətmək olar? Floranın öz, mənim də öz siyasətim var. Flora mənim haqqımda yaxşı danışmışdı, mən də yaxşı cavab verdim. O sözləri işlətmək mənim böyüklüyümdür, mənim mədəniyyətimdir, yüksək səviyyəli insan olmağımdır.

Floranın fikri mənim həyatımda heç bir əhəmiyyət kəsb etmir, o şəxs həyatımda canlı meyitdir. Heç vaxt aramızda barışıq ola bilməz. Sadəcə verilişdə mənim haqqımda xoş sözlər işlətmişdi. Mən də o tərzdə cavab verdim. Əgər qanmayıbsa, deməli, qanmaz olaraq qalıb".

Qeyd edək ki, İlhamə Quliyeva "A-dan Z-yə" verilişində Flora Kərimovanı sənətkar adlandırmışdı. Flora Kərimova isə cavabında İlhamə Quliyevanı sənətkar saymadığını, həmkarının siyasi oyun işlətdiyini bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler