» » "Özlərini biabır etməsinlər, alınmır"

"Özlərini biabır etməsinlər, alınmır"

Bölmə: Şou
"Özlərini biabır etməsinlər, alınmır"Müğənni Röya Ayxan kişi həmkarlarını yaltaqlıqda günahlandırıb
Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar"a açıqlamasında yerli şou-biznesdəki duet ortaqlarını bəyənmədiyini etiraf edib:

"Duet ortaqlarının çoxu bir-birinə yaraşmır. Nə görünüşcə, nə də səs tembri ilə uyğun gəlmirlər. Yalandan "bunun adı var, onunla oxuyum" deyirlər. Bizdə duetlə yaltaqlığı səhv salıblar. Ən çox da oğlanlar qızlara yaltaqlıq edirlər.

Duet bir-birinə dəstək olmaqdır. Mən Xəyyama, Cinə dəstək oldum. Mahnı hər iki ifaçıya fərqli tərz gətirəcək. Bu artıq Röya dəst-xəttidir. Mən kimisə önə çıxardıram. Və buna görə də sevinirəm".

R.Ayxan reper Cinlə duetindən də danışıb:

"Çox gözəl mahnıdır. 2008-ci ildə onunla duet oxumaq istəyirdim. Çıxdı efirdə dedi ki, başqa müğənni ilə duet hazırlayıram. Mən də layihəni dayandırdım. İndi yenidən işbirliyinə başladıq. Məndə duet alınır. Başqaları özlərini biabır etməsinlər, onlarda alınmır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler