» » "Balon-balon var-dövlətim var"-

"Balon-balon var-dövlətim var"- İlhamə Quliyeva

Bölmə: Şou
 "Balon-balon var-dövlətim var"-

Milli.Az bildirir ki, xalq artisti İlhamə Quliyeva Zaur Nəbioğlunun aparıcılığı ilə ANS TV-də yayımlanan "A-dan Z-yə" verilişində digər xalq artisti Flora Kərimova haqqında maraqlı fikirlər səsləndirib.


"Ola bilər ki, münasibətimiz mən ölənə kimi də olmasın. Amma sənətkara başqa söz demək günahdır. Onun qızının məni çox istədiyini bilirəm. Allah onu xoşbəxt etsin. O da anasının övladıdır. Xanımın özünə cansağlığı arzu edirəm. O yaşasın. Sənəti, səs diapazonu böyükdür. Heç bir xanım müğənninin onun qədər səs diapazonu yoxdur. Bunu açıq deyirəm. Mənim ürəyim böyükdür. Bizimki tutmadı da... Allah hamımızın canını sağ eləsin. Sənət nümayəndələrini Allah heç kimə möhtac etməsin".

Qeyd edək ki, xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova illərdir küsülüdür.

İlhamə Quliyeva verilişdə tacdan imtina etdiyini bildirdi. "Son vaxtlar tutuquşu kimi çoxu tac taxır, tamaşaçılar məni bağışlasınlar, bəzilərinə tac uzunqulağa palan yaraşan kimi yaraşır. Bu cür halları görüb mən artıq tac taxmaq istəmirəm. Çox nadir hallarda, o da baxır hara gedəndə, mən tac taxacam. Əslində mən bu tacları rəsmi yolla almışam və hər verilişdə, hər çıxışımda başımda tac olmalıdır, artıq dediyim kimi bəzilərini görüb qismən imtina edirəm", - deyən Ilhamə Quliyevanın 9 tacı var.

"A-dan Z-yə" verilişində xalq artisti Ilhamə Quliyevanın oğlu Orxan və nəvəsi Ruslan da studiyada qonaq olublar. Nəvəsi üçün musiqicilərin müşayiəti ilə layla oxuyan xalq artisti nəvəsinin musiqi duyumundan da söz açdı.

"Ruslan çox istedadlı və musiqi duyumu yüksək olan uşaqdır, lap körpə idi, onu pianonun üstünə qoyurduq, ayaqları ilə orada nə isə ifa etməyə cəhd edirdi, - deyən Ilhamə Quliyeva balaca nəvəsinin mobil telefonlara olan marağını da xatırlatdı. - Telefonu görəndə hamımız yadından çıxırıq, maşallah, texnikanı bizdən yaxşı bilir".

Tezliklə İlhamə Quliyeva serial çəkilişinə də başlayacaq. "Hər zaman maraqlı layihələrimlə seçilmişəm. Bu dəfə isə çox maraqlı bir ssenari əsasında serial çəkdirəcəm. Qısa müddətə çəkilişlərə start deyəcəyik və artıq danışıqlar gedir, onu kanallarımızdan birinə satacam. Bu işdə böyük komanda çalışacaq", - deyən İ.Quliyeva bunu biznes məqsədi ilə yox, sırf sənət məqsədi ilə etdiyini də xatırlatdı.

Xalq artisti: "Mənim öz büdcəmə nə gəlib ki, bu işdən pul güdüm, hələ şükürlər olsun, balon-balon var-dövlətim var", - deyərək zarafatından da qalmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler