» » Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı -

Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı - fotolar

Bölmə: Şou, BLOK XƏBƏR
Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı -SSRİ xalq artisti Tamara Qverdsitelinin yeni eşq macərası üzə çıxıb.

Xalqinfo.az bildirir ki, anspress-in məlumatına görə, Moskvada yaşayan müğənni paparassilərin kamerasının obyektivinə tuş gəlib.

Jurnalistlər müğənnidən onun yanında görünən kişinin kim olduğunu soruşublar. Qverdsiteli bildirib ki, onun yanınca gedən kişi evində tikinti aparan ustaların iş icrasıdır.

Lakin şəkilləri dərc edən rusiyanın məşhur “Ekspress qazeta” nəşri bu iddianı rədd edib. Belə ki, şəkillər məşhur Kamerqersk döngəsində çəkilib. Bu isə Rusiya paytaxtının qlamur həyatının mərkəzi sayılır. Burada yalnız kafe, restoran, bar, dəbdəbəli əşyaların mağazalarından başqa heç bir tikinti materialları məkanı yoxdur.

Jurnalistlərin şübhələrinin əbəs yerə olmadığını Krasnoproletar keçəsinin elit göydələnində müğənni ilə birgə yaşayan qonşularla söhbət təsdiq edir. Tamaranın qonşusu Marina Nikolayevna şəkilləri gördükdə kişini tanıyır və bildirir ki, onlar artıq 2 ildir ki, burada yaşayırlar. Kişi nadir hallarda Tamara ilə birgə çıxır. Hərdən axşamlar onlar üçü Tamara, anası və müəmmallı ev sakini gəzməyə çıxır.

Müəmmallı ev sakinin kimliyini isə bundan sonra müğənninin yaxınları aşkarlayıb. Məlum olub ki, müəmmallı şəxs həqiqətən də tikinti ilə məşğuldur, lakin iş icraçısı deyil. Belə ki, o Xabarovskdan olan oliqarx səviyyəsində bisnesmen azərbaycanlı Novruz Məmmədovdur. Xabarovskda onun adına 12-13 bazar, iki qonaq evi və tikinti fabriki var. 1995-ci ildə Məmmədov hətta dövlət Dumasına öz namizədliyini də irəli sürüb. Lakin 4 faizdən bir az çox səs toplayandan sonra bu fikrinə bir daha qayıtmayıb.

Lakin Novruz Məmmədov haqqında daha maraqlı bir fakt məlumdur ki, o rəsmən evlidir. Hətta deyilənlərə görə əsl adı Sevinc olan Svetlana Məmmədova ona biznes həyatında belə dəstək olur. Xabarovskda olan qonşuları onları sevən cütlük adlandırırlar və 3 uşaqlarının olduğunu bildirirlər. .

Qəzet Svetlana Məmmədova ilə də əlaqə saxlayıb. Şou biznes əhlinin çoxdan artıq Qverdsitelinin sevgilisi saydığına baxmayaraq Məmmədovun yoldaşı bu barədə heç şübhələnmədiyini bildirib.

“Bu nə deməkdir. Belə şey ola bilməz...”- deyə Sevinc Məmmədovanın xəbərə ilk rekasiyası belə olub. “Niyə axı Novruz onun evində qalmalıdır?! Bizim Moskvada əla evimiz bar, özümün orda mənzilim var... Bəli bizim ailə Tamara Qverdsiteli ilə tanışdır. Belə demək olarsa biz ailə dostuyuq. Mənim oğlum onun oğlu ilə dostdur. Tamaranın özünü də biz tanıyırıq”- deyə həyəcanlı qadın bildirib.

Rusiya mətbuatı azərbaycanlı oliqarxın məsələsini gündəmdə saxlayacağını bildirib.

Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı -Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı -Azərbaycanlı oliqarxla xalq artistinin eşq macərası üzə çıxdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler