» » Aytən İradə İsaqı da məhkəməyə verir –

Aytən İradə İsaqı da məhkəməyə verir – söyüş qalmaqalı böyüyür

Bölmə: Şou, BLOK XƏBƏR
Aytən İradə İsaqı da məhkəməyə verir –Rəqqasə Aytən onu efirdən söyən aşıq Ədalətlə yanaşı tanınmış jurnalist, ATV-nin “Səbəbkar” verilişinin aparıcısı İradə İsaqı da məhkəməyə verir.


Bunu rəqqasə Aytənin özü aznews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, istər mətbuatda, istərsə də internet şəbəkələrində yayımlanan vidioçəkilişlə bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb: “Mən işimi qanunla görürəm. Fakt var, məni təhqir ediblər. Odur ki, bu işdə nəinki Ədalət, hətta verilişin heyəti və aparıcısı da məsuliyyət daşıyır. Millətin qarşısında məni təhqir ediblər. Odur ki, Aşıq Ədalət və veriliş rəhbəri çıxıb üzr istəməlidir. Polis bu işi apaşdıracaq. Məni kim təhqir edibsə və bu təhqirə kim şərait yaradıbsa, qanun qarşısında cavab verəcək. Polisdən iş dərhal məhkəməyə göndəriləcək. Bu, mənim təhqir olunan bir sənətkar kimi hüququmdur. Məhkəmədə videoya baxacaqlar. Bəlkə deyəcəklər ki, Aşıq Ədalət günahkar deyil, aparıcı, yaxud digər bir qonaq günahkardır. Bu sözü qanun deyəcək”.

Rəqqasə Aytən əlavə edib ki, yaranan olayda Aşıq Ədalətin özü İradə İsaqı günahlandırıb: “Deyib ki, bütün günahlar hamısı həmin aparıcıdadır: “Mən orada tamam başqa bir adam haqqında danışmışam”. Aparıcı isə yazıb ki, guya Aşıq Ədalətin söyüşü Aşıq Namiqlə rəqqasə Aytənə aiddir. Əgər elədirsə, aparıcı Aşıq Ədaləti qoysun qarşısına, o da ağzından çıxanı bizə deyil, aparıcıya desin. Biz sənət göstəririk. Ona Prezident Mükafatı veriblər. Aşıqların ustadıdır. Bu o demək deyil ki, kiminsə var-yoxunu söyməlidir? Bu, harada görünüb? Mən qadın kimi o kameraya baxanda utanıram. Deyir ki, “Bu məndə olsa, mən də çıxıb oynayardım”. Bu hansı sənətkara yaraşar? Aparıcıya da ayıb olsun. Bu, mənim rəqsimdir, sənətimdir. Heç kimin heç kimi təhqir etməyə ixtiyarı yoxdur. Yaşlı kişidir, ayıbdır. Bu söyüşdən sonra səni hansı bir toy sahibi məclisinə dəvət edib başda oturdar”.

Xatırladaq ki, ATV-nin “Səbəbkar” verilişinin çəkilişində Aşıq Namiq və rəqqasə Aytənin bir il bundan öncə təqdim olunan konsertindən süjet nümayiş olunub. Həmin süjetdə Aşıq Namiqin sazda ifasının sədaları altında rəqqasə Aytən göbək rəqsi edib. Ona baxan Aşıq Ədalət isə əsəblərinə hakim ola bilməyib rəqqasəni təhqir edib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler