» » Aygünün mahnısını oxuyacaq türkiyəli müğənni bəlli oldu

Aygünün mahnısını oxuyacaq türkiyəli müğənni bəlli oldu

Bölmə: Şou
Aygünün mahnısını oxuyacaq türkiyəli müğənni bəlli olduXalq artisti Aygün Kazımovanın “Düşün məni” mahnısını türkiyəli ifaçının oxuyacağı ilə bağlı xəbər vermişdik
axşam.az-ın məlumatına görə, bəstəni repertuarına daxil edən sənətçinin adı bəlli olub. Belə ki, gənc ifaçı Damla Koç sosial şəbəkədə xalq artistinin “Düşün məni” mahnısının albomunda yer alacağını bildirib:
“İki dövlət, bir millət - Türkiyə və Azərbaycan. Mahnılarımız da, qəlblərimiz də birdir. Azərbaycanlı ifaçı Aygün Kazımovanın repertuarında olan və hər kəsin sevərək dinlədiyi “Düşün məni”ni oxudum”.

Qeyd edək ki, bəstənin sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyevaya məxsusdur. A.Kazımova mahnını 2010-cu ildə oxuyub.

Müğənni açıqlamasında "Bu yaxınlarda Murad Yetər (bəstəkar, aranjmançı - red.) mənə zəng vurdu ki, sizin “Düşün məni” mahnınızı bir ifaçı oxumaq istəyir. Məndən əvvəl mahnının bəstəkarından da (musiqi Sevinc Tağıyeva, söz Sevinc Şirin - red.) icazə alıblar. Heç müğənninin adını soruşmadan razılaşdım", - bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler