» » “Münasibətdə olduğum kişi var"-

“Münasibətdə olduğum kişi var"- Almaz Ələsgərli+ Video

Bölmə: Şou, BLOK XƏBƏR
“Münasibətdə olduğum kişi var"-
Azərbaycanlı müğənninin məşhur verilişdə etdiyi etiraflar gözlənilməz olub.

ans press-in məlumatına görə, “Məchulu tapın” verilişinin qonağı olan respublikanın əməkdar artisti, müğənni Almaz Ələsgərli formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.

Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin onun qısqanc olması barədə deyilən fikirlə razılaşmayıb. Aparıcı bunu bəlkə həyatında birinin olmaması ilə əlaqələndirdikdə, müğənni həyatında birinin olduğunu deyib.

“Tərəf müqabilim deməzdim ki yoxdur, əlbəttə ki, var. Amma ailəm yoxdur. Yəni ailədən də artıqdır, sadəcə ər-arvad kimi rəsmi nikahım yoxdur. Belə qadının sevdiyi insan olmaz?” – deyə A.Ələsgərli aparıcının fikrinə münasibət bildirib.

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler