» » “Sami Yusifi mən də tanımıram” –

“Sami Yusifi mən də tanımıram” – İlhamə

Bölmə: Şou, BLOK XƏBƏR
“Sami Yusifi mən də tanımıram” –
Xalq artisti İlhamə Quliyeva ATV-nin "Gün üzü” verilişində Nadir Qafarzadə ilə bağlı yaranan qalmaqala münasibət bildirib.


“Xalqinfo” xəbər verir ki, o bakuinfo.az-a açıqlamasında deyib ki, Nadir Qafarzadənin Sami Yusufu tanımamasında qəbahət yoxdur. "Nadirin o adını çəkdiyiniz kəsi tanımamağı mümkündür. Burada qeyri-adı nə var ki? Heç mən də onu tanımıram. Nadirin dediklərində təhqiramiz heç nə yoxdur və mən çox razıyam. Özümüzünküləri dəstəkləyək, onlara dayaq duraq. O verilişə baxmamışam. Əgər senzuradan kənar ifadə işlədibsə, olmaz. Mədəni formada fikri izah etmək olardı. Öz sənət nümayəndələrimizin qədrini bilməliyik. Məni kimisə tanımadığıma görə kim suçlaya bilər ki?”

İlhamə Quliyeva Qafarzadənin Sami Yusuf barədə işlətdiyi "o haranın zibilidir ki” ifadəsinə də münasibət bildirib: "Zibil” sözünü istifadə edibsə, yəqin ki, özümüzünkülərə diqqət olmamasına, yabancı sənət nümayəndələrinin bu qədər dəstəklənməsinə əsəbiləşib. Amma əlbəttə, efirdə elə söz demək Nadirə yaraşmır. Bildiyim qədərilə o, çox mədəni və tərbiyəli insandır. Nadiri çox istəyirəm. Bir tərəfdən də düz deyib, özümüzünküləri dəstəkləyək, ayaqlarının altını qazmayaq, sətiraltı sözlər atmayaq, təhqir etməyək”.

Qeyd edək ki, İlqar Mikayıloğlunun aparıcısı olduğu "Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə hazırda Azərbaycanda olan həmkarı Sami Yusufu təhqir edib və bundan sonra onunla aparıcı arasında mübahisə yaranıb. Qafarzadənin Sami Yusuf barədə işlətdiyi ”O haranın zibilidir ki?” ifadəsi sənətçimizin verilişdən uzaqlaşdırılmasına səbəb olub. Ardınca isə sosial şəbəkədə baş verənlərlə bağlı bunu yazıb: "Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler