DataLife Engine > Sosial, Dünya, BLOK XƏBƏR > Türkiyədə yol-nəqliyyat hadisəsində on iki miqrant ölüb, iyirmisi yaralanıb

Türkiyədə yol-nəqliyyat hadisəsində on iki miqrant ölüb, iyirmisi yaralanıb


11-07-2021, 12:06. Yerləşdirdi: Tural Türkiyədə yol-nəqliyyat hadisəsində on iki miqrant ölüb, iyirmisi yaralanıb
Türkiyənin Van şəhərinin Yumaklı məhəlləsi yaxınlığında qanunsuz yolla qaçqınları daşıyan mikroavtobusun aşması böyük faciəyə səbəb olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat qəzası nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunan Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları xilasedici işləri həyata keçiriblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq dəyərələndirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt