DataLife Engine > Sosial > Bu azərbaycanlılar beş il Rusiyaya gedə bilməyəcək

Bu azərbaycanlılar beş il Rusiyaya gedə bilməyəcək


18-12-2019, 17:46. Yerləşdirdi: Tural Bu azərbaycanlılar beş il Rusiyaya gedə bilməyəcək
Rusiyanın Samara vilayətindən azərbaycanlı miqrantlar deportasiya olunub.

Citytraffic.ru-nun xəbərinə görə, bir həftə ərzində ərazidən çıxarılanlar arasında azərbaycanlılarla yanaşı, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları da olub.

Məlumata görə, cari il ərzində bölgədə qanunsuz yaşayan 708 əcnəbinin 338 nəfəri öz hesabına ölkələrinə qayıdıblar.

Miqrant qanunvericiliyini pozan bu şəxslər beş ildən tez Rusiyaya qayıda bilməzlər.
Geri qayıt