DataLife Engine > Sosial > Maşını gömrükdən keçirən şəxsin ürəyi partladı

Maşını gömrükdən keçirən şəxsin ürəyi partladı


17-12-2019, 18:45. Yerləşdirdi: Tural Maşını gömrükdən keçirən şəxsin ürəyi partladı
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.

Baku TV xəbər verir ki, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib.

Onun üçün təcili yardım çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs vəfat edib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə laboratoriyanın qarşısında baş verib. Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib.

O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.


Geri qayıt