DataLife Engine > Sosial > Nazir yeni idarə yaratdı

Nazir yeni idarə yaratdı


17-12-2019, 12:34. Yerləşdirdi: Tural Nazir yeni idarə yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.

"Xalqinfo" xəbər verir ki, məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.


Geri qayıt