DataLife Engine > Sosial > Bu partiyalar da parlament seçkilərində iştirak edəcək

Bu partiyalar da parlament seçkilərində iştirak edəcək


14-12-2019, 14:23. Yerləşdirdi: Tural Bu partiyalar da parlament seçkilərində iştirak edəcək
Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı açıqlanıb.

"Xalqinfo"nun verdiyi xəbərə görə, bu gün Mərkəzi Seçki Komissiyasının iclasında artıq 9 partiyanın qeydiyyatdan keçdiyi elan olunub.

Bundan öncə YAP, Ümid və VHP qeydiyyatdan keçmişdi.

Daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.


Geri qayıt