DataLife Engine > Sosial > Bakı metrosunun iş vaxtı uzadıldı

Bakı metrosunun iş vaxtı uzadıldı


12-12-2019, 16:59. Yerləşdirdi: Tural Bakı metrosunun iş vaxtı uzadıldı
“Bakı Metropoliteni” QSC “Qarabağ” futbol klubunun oyununu stadionda izləyəcək tamaşaçılara müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, metropoliten “Gənclik” stansiyasına girişin saatını uzadıb:

““Qarabağ” futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək. Qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər”.

O qeyd edib ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.
Geri qayıt