DataLife Engine > Sosial > Nazir müavinindən məktəblərdə Yeni il tətili açıqlaması

Nazir müavinindən məktəblərdə Yeni il tətili açıqlaması


12-12-2019, 15:45. Yerləşdirdi: Tural Nazir müavinindən məktəblərdə Yeni il tətili açıqlaması
Yeni ildə altı günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib.

Xalqinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, hələlik bu məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilməyib:

“Həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.
Geri qayıt