DataLife Engine > Sosial > Yanğın baş verən ərazidə yol tamamilə bağlandı

Yanğın baş verən ərazidə yol tamamilə bağlandı


10-12-2019, 10:22. Yerləşdirdi: Tural Yanğın baş verən ərazidə yol tamamilə bağlandı
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

BNA sərnişinlərdən anlayış göstərmələrini xahiş edib. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edib.

Qeyd edək ki, yanğn tikinti materialları satılan “Eurohome”da baş verib.


Geri qayıt