DataLife Engine > Sosial > Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov vətəndaşlarla görüşüb


8-11-2019, 13:45. Yerləşdirdi: Gunay Azad Rəhimov vətəndaşlarla görüşüb
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Göyçay rayonunda Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarından olan vətəndaşları qəbul etmişdir.

"Xalqinfo" xəbər verir ki, qəbulda 15 nəfər vətəndaş iştirak edib.

Müraciətlər sırasına “Gənclər evi”nin və müxtəlif idman qurğusunun tikintisi və təmiri, qurğulara idman avadanlıqlarının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi üçün dəstək göstərilməsi, idman klubunun yaradılması və fəxri adların, məşqçilik dərəcələrinin verilməsi daxil idi.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.

Xalqinfo.az
Geri qayıt