DataLife Engine > Sosial > Niyazi Bayramov səfirlə görüşüb

Niyazi Bayramov səfirlə görüşüb


6-11-2019, 11:24. Yerləşdirdi: Gunay Niyazi Bayramov səfirlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananieni görüşüb.

"Xalqinfo" xəbər verir ki, səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncə haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Niyazi Bayramov burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələrin olduğunu vurğulayıb, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkür ifadə edən Husnan Bey Fananie Gəncənin onun qəlbində xüsusi yeri olduğunu bildirib. Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi iqtisadi, sosial və mədəni sahələrdə əlaqələr yaratmaqdır. Həmçinin o bildirib ki, Gəncə İndoneziyanın böyük şəhərlərindən Cokjakarta, Medan və ya Bandunqla qardaşlaşa bilər. Bundan başqa Husnan Bey Fananie İndoneziya xalqının Nizami Gəncəvi yaradıcılığına çox böyük maraq və hörmət bəslədiyini qeyd edib. O bildirib ki, hazırda İndoneziyada Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri əsasında film çəkilir. Filmin lentə alınmasında məqsəd hər iki ölkə arasındakı mədəni əlaqələrin daha da genişlənməsinə töhvə verməkdir. Filmin bir hissəsi Azərbaycanda çəkiləcək. Ekran əsəri üç dildə təqdim olunacaq.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Xalqinfo.az
Geri qayıt