DataLife Engine > Sosial > Əhalinin şəraitinin yaxşılaşdırılması haqqında

Əhalinin şəraitinin yaxşılaşdırılması haqqında


29-10-2019, 15:57. Yerləşdirdi: Gunay Əhalinin şəraitinin yaxşılaşdırılması haqqında
Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

“Xalqinfo”
xəbər verir ki, sərəncamda deyilir:

1. Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Xalqinfo.az
Geri qayıt