DataLife Engine > Sosial > Laçın ziyalısı: Məcburi köçkünlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar

Laçın ziyalısı: Məcburi köçkünlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar


25-09-2019, 13:05. Yerləşdirdi: Tural Laçın ziyalısı: Məcburi köçkünlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar











Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir.


Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın rayonunun ziyalısı Xaliq Musayev söyləyib. O bildirib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlər dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün davamlı olaraq zəruri tədbirlər həyata keçirilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər il yeni qəsəbələr inşa edilir. Prezident İlham Əliyevin 2019-cu il 26 fevral tarixli Sərəncamına əsasən, məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması bu kateqoriyadan olan insanlara diqqət və qayğının daha bir bariz nümunəsidir.
Laçınlı məcburi köçkünlərin də hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Xaliq Musayev deyib: “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq laçınlı məcburi köçkünlər üçün Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib. Hazırda Laçın rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. 13 mindən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Biz laçınlı məcburi köçkünlər dövlətimizin sosial siyasətini dəstəkləyir, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk".
Geri qayıt