DataLife Engine > Sosial, BLOK XƏBƏR > Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu


24-09-2019, 21:34. Yerləşdirdi: Tural Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu




Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.


"Xalqinfo" xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.


Geri qayıt