DataLife Engine > Sosial, BLOK XƏBƏR > Nazir qəbul keçirəcək -

Nazir qəbul keçirəcək -


5-08-2019, 12:52. Yerləşdirdi: Tural Nazir qəbul keçirəcək -




Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Geri qayıt