DataLife Engine > Sosial > 3 yaşlı uşağı "tok" vurub öldürdü -

3 yaşlı uşağı "tok" vurub öldürdü -


12-07-2019, 11:27. Yerləşdirdi: Tural  3 yaşlı uşağı "tok" vurub öldürdü -





İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt