DataLife Engine > Sosial > İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?


1-03-2019, 17:42. Yerləşdirdi: sefa İstirahət günlərində hava necə olacaq?
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda martın 2-3-də bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvanda havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gündə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Geri qayıt