DataLife Engine > Sosial > Süleyman Mikayılov sakinlərlə görüşdü -

Süleyman Mikayılov sakinlərlə görüşdü -


1-03-2019, 10:35. Yerləşdirdi: sefa Süleyman Mikayılov sakinlərlə görüşdü -
Qaradağ Rayonu İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qaradağ rayonunun Müşviqabad qəsəbə sakinləri ilə növbəti görüşü - səyyar qəbulu keçirilib.

Xalqinfo.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 250-ə yaxın qəsəbə sakini iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar.

Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda imzalanacaq Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində olan problemlər öz həllini tapacağı barədə və görüləcək işlərlə bağlı ətraflı məlumat verilib.

Süleyman Mikayılov sakinlərlə görüşdü -
Süleyman Mikayılov sakinlərlə görüşdü -
Süleyman Mikayılov sakinlərlə görüşdü -
Geri qayıt