DataLife Engine > Sosial, BLOK XƏBƏR > 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR

9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR


14-02-2019, 23:04. Yerləşdirdi: Tural 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR





Bərdədə məktəbli 2000 avro tapa bilmədiyinə görə Beynəlxalq yarışa qatılmaya bilər.

Unikal.org-a müraciət edən Bərdə rayon Şahvəllər kənd D.Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Babayev Hüseyn Akif oğlunun Rusiyada keçiriləcək "Mendeleyev" adına bilik yarışmasında iştirakı üçün 2000 avro məbləğində sponsor dəstəyinə təcili ehtiyacı var:

"Özüm kiçik kənd məktəbində təhsil alsam da 8-ci sinif şagirdi olaraq 9-cu siniflərlə mübarizəyə qatılmışam. Kimya üzrə respublika olimpiadasında bir dəfə qızıl, bir dəfə də bürünc medal qazanmışam. 9 fevral 2019-cu il tarixində keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının(İMCHO) seçim turunda 6-cı yeri tutdum. BMKO komandasında,əgər nəticələr yaxın və ya eynidirsə 7 nəfərə qədər şagird aparmaq hüququ vardır. Lakin ilk dörd yeri tutmuş şagirdlərin xərcləri əvvəlcədən təmin olunur.Əgər balların eyni və ya yaxın olması halı yaşanarsa,bu zaman növbəti şagirdlərə sponsor tapmaq lazım gəlir.Mənim nəticəm isə digər şagirdlərdən az fərqlənir.(1.24% və ya 2.35 bal) Hazırda 4 nəfər Mendeleyev Olimpiadasına Kapital Bankın sponsorluğu ilə qoşulur. Mənim yarışda iştirakım üçün lazım olan məbləğ və ya sponsor tapılsa, mən də uğurlu nəticə göstərə bilərəm. Əgər həmin yarışda iştirak edib, uğurlu nəticə göstərsəm Lomonosov adına Moskva Dövlət Universitetinə imtahansız qəbul ola bilərəm".

Qeyd edək ki, Bərdədən gəlib Bakı şəhərində dərslərə qoşulan bu istedadlı 9-cu sinif şagirdin hazırda Beynəlxalq İCHO olimpiadasının hazırlığını keçir. Ən gec 3 gün müddətində lazım olan vəsait tapılsa, Təhsil Nazirliyi məktəblinin həmin yarışmada iştirakı üçün sənədləşmə aparacaq.
Geri qayıt