DataLife Engine > Sosial, BLOK XƏBƏR > İlham Əliyev minimum əməkhaqqını artırdı -

İlham Əliyev minimum əməkhaqqını artırdı -


8-02-2019, 23:53. Yerləşdirdi: Tural İlham Əliyev minimum əməkhaqqını artırdı -





Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.

Xalqinfo.AZ -ın məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.


Geri qayıt