DataLife Engine > Sosial > İtkin düşən daha 2 dənizçinin cəsədi tapıldı

İtkin düşən daha 2 dənizçinin cəsədi tapıldı


8-01-2019, 21:24. Yerləşdirdi: sefa İtkin düşən daha 2 dənizçinin cəsədi tapıldı
Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində​ baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb.

Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.




Geri qayıt