DataLife Engine > Sosial > Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq


8-01-2019, 14:31. Yerləşdirdi: sefa Nazirlikdən hava ilə bağlı xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdalıq edib.

Departamentdən Xalqinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 9-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Geri qayıt