DataLife Engine > Sosial, BLOK XƏBƏR > İlham Əliyevin doğum günü -

İlham Əliyevin doğum günü -


24-12-2018, 00:18. Yerləşdirdi: sefa İlham Əliyevin doğum günü -
Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Xalqinfo.az xəbər verir ki, dövlət başçısının 57 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. 2003-cü, 2008-ci (seçicilərin 88%-indən çoxunun səsi ilə) və 2013-cü illərdə Azərbaycan Respublikasının prezidenti seçilib.

2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilib və hazırda prezident vəzifəsini icra edir.

İlham Əliyev eyni zamanda Azərbaycan idmanının dünyada qazandığı uğurlarının memarıdır. O, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq 2012-ci il mayın 26-da “Eurovision” mahnı müsabiqəsi, 2015- cil il 12-28 iyun tarixləri arasında I Avropa Oyunları, 2016-cı il 1-16 sentyabr tarixlərində Şahmat Olimpiyadası, 2017-ci il 12-22 may tarixlərində IV İslam Həmrəylik Oyunları Bakıda keçirilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

1983-cü ildə vitse-prezident Mehriban Əliyeva ilə ailə qurub. Leyla, Arzu və Heydər adlı 3 övladı, 4 nəvəsi var.

Qeyd edək ki, Prezidenti doğum günü münasibətilə bir sıra dünya liderləri, beynəlxalq təşkilatın rəhbərləri, nümayəndələri təbrik edib. Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev,Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Çin sədri Si Cinpin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevə təbriklərini çatdırıblar.

Dövlətimizin başçısı isə illərdir özəl gününü hamıya nümunə olacaq şəkildə təmtəraqlı deyil, sadə şəkildə qeyd edir.

İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
İlham Əliyevin doğum günü -
Geri qayıt