DataLife Engine > Sosial > Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edilib

Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edilib


12-12-2018, 17:41. Yerləşdirdi: sefa Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ulu öndər Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb. Guşədə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunur.

Xalqinfo.az-ın məlumatına görə, Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edilib

Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.
Geri qayıt