DataLife Engine > Sosial > Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş


14-11-2018, 19:20. Yerləşdirdi: sefa Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş
Noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari və İtalya şirkətlərinin nümayəndələri ilə ETSN-nin məsul şəxsləri, “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri arasında görüş keçirilib.

Xalqinfo.az xəbər verir ki, görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Geri qayıt