DataLife Engine > Sosial > “Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”

“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”


13-11-2018, 00:37. Yerləşdirdi: sefa “Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”
“Murad döyüldüyü zaman qışqırıb ki, ölürəm, kömək edin. Onlar deyib ki, cin danışdırır onu”.

Bu sözləri “Qafqazinfo”ya Şabranda “cinçıxarma” adı ilə döyülüb öldürülən 25 yaşlı Murad Soltanovun dostu Məhərrəm Rza deyib.

M. Rzanın sözlərinə görə, dostu atası ilə Şabrana istirahətə gedib:

“Murad bir neçə aydı özünü narahat hiss edirdi, ruhi xəstə, içində "cin" olduğu deyilirdi. Maştağada şizofreniya diaqnozu qoyulmuşdu.

Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. 6 nəfər guya onu xalq təbabətindən istifadə edərək şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq öldürüb.

Bütün bədəni qap-qara idi, qan qusub. İstirahət adı ilə getmişdi, hardan bilərdi əlləri-qolları bağlanılıb döyüləcək”.

“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”
“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”
“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”
Geri qayıt