DataLife Engine > Sosial > Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı

Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı


8-11-2018, 18:36. Yerləşdirdi: sefa Səhiyyə Nazirliyinə 1,8 milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycanda səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, sərəncama əsasən, Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,8 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt