DataLife Engine > Sosial > Üç yaşına qədər uşaqlara müavinət verilsin -

Üç yaşına qədər uşaqlara müavinət verilsin -


8-11-2018, 14:11. Yerləşdirdi: sefa Üç yaşına qədər uşaqlara müavinət verilsin -
Vergi tətbiq olunmasında, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir. Belə olan halda, qeyri-leqal məşğulluğun sığortaya cəlb edilməsi tendensiyası olacaq. Hətta sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması nəzərdə tutulur.

Xalqinfo.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında adıçəkilən komitənin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur:

“Təklif edirəm ki, üç yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun hazırlana bilər”.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt