DataLife Engine > Sosial > Yağışlı hava Bakıda qəzalara səbəb oldu

Yağışlı hava Bakıda qəzalara səbəb oldu


8-11-2018, 11:12. Yerləşdirdi: sefa Yağışlı hava Bakıda qəzalara səbəb oldu
Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə alaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:

“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt