DataLife Engine > Sosial > Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -

Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -


18-10-2018, 18:46. Yerləşdirdi: sefa Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını yaratmış sakinlərlə görüşüb.

Xalqinfo.az-ın məlumatına görə, görüşdən əvvəl S.Babayev və Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Nazir bildirib ki, Cocuq Mərcanlıda yerli əhalinin məşğulluğunun təmin olunması işləri də aparılır. Sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, verilmiş pay torpaqlarında təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının Cocuq Mərcanlı əhalisini də əhatə etməsi üçün müvafiq işlər aparılıb. Kənd sakinlərindən potensialları olan 25 nəfər seçilərək özünüməşğulluq proqramına cəlb olunub. Bir neçə gün bundan öncə proqram çərçivəsində onlara heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal-qara verilib.

S.Babayev deyib ki, bu tədbir yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək məqsədi daşıyır. Növbəti mərhələdə daha bir qrup kənd sakininin özünüməşğulluq proqramına cəlb olunacağı da nəzərdə tutulur. Qarşıdakı dövrdə burada sosial əhəmiyyətli digər bir sıra layihələrin icrası üçün məqsədyönlü işlər görüləcək.

Kənd sakinlərinin nazirliyin fəaliyyət sahələri ilə bağlı müraciətləri, rəy və təklifləri də dinlənilərək qeydə alınıb. S.Babayev gələcəkdə kənddə daha nə kimi sosial layihələrə ehtiyac olması ilə bağlı kənd sakinləri tərəfindən veriləcək təkliflərə də nazirlik tərəfindən həmişə diqqətlə yanaşılacağını və müvafiq işlərin aparılacağını bildirib.

Sonra bir neçə sakinin özünüməşğulluq proqramı çərçivəsində yaradılmış fərdi təsərrüfat sahələrinə baxış olub. Proqram iştirakçıları verilmiş aktivlər hesabına qurduqları təsərrüfatları gələcəkdə genişləndirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -
Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -
Nazir Cocuq Mərcanlıda sakinlərlə görüşdü -
Geri qayıt