DataLife Engine > Sosial > "Sürüşmə zonasındakı tikililərin sahibləri məsuliyyət daşıyır" -

"Sürüşmə zonasındakı tikililərin sahibləri məsuliyyət daşıyır" -


16-10-2018, 14:47. Yerləşdirdi: sefa "Sürüşmə zonasındakı tikililərin sahibləri məsuliyyət daşıyır" -
Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasında yerləşən mövcud tikililər əsas etibarilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

Bu barədə Xalqinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

“Yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır”, - deyə məlumatda qeyd olunur.

BŞİH-in məlumatında qeyd olunur ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki iki obyektin fəaliyyəti dayandırılıb.
Geri qayıt