DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Fazil Məmmədov reanimasiyaya düşdü

Fazil Məmmədov reanimasiyaya düşdü


15-10-2018, 13:11. Yerləşdirdi: sefa Fazil Məmmədov reanimasiyaya düşdü
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, sabiq nazir bu səbəbdən yenidən "American Hastanesi”nin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda lazımi tibbi müdaxilələr edilir.

Mənbə bildirir ki, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova onu bir an belə olsun tək buraxmır. Eks-nazir xəstəxanaya düşəndən onun yanındadır. Eyni zamanda, F.Məmmədovun Türkiyədəki müalicəsinin bahalı olduğu vurğulanır.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
Whatsapp
Geri qayıt