DataLife Engine > Sosial, BLOK XƏBƏR, MANŞET > Minaya düşən Azadın vəziyyəti necədir? - İcra başçısından açıqlama

Minaya düşən Azadın vəziyyəti necədir? - İcra başçısından açıqlama


14-10-2018, 15:22. Yerləşdirdi: sefa Minaya düşən Azadın vəziyyəti necədir? - İcra başçısından açıqlama
Bir neçə gün öncə Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xalqinfo.az xəbər verir ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, minaya düşən Azad Həsənovun vəziyyəti normaldır.

“Azad Həsənovla mütəmadi olaraq maraqlanıram. Vəziyyəti düzəlməyə doğru gedir. Bilirsiz ki, minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Ancaq Azadın bir ayağının pəncəsi amputasiya olunub. Hazırda cəbhədə sakitlikdir. Buna baxmayaraq düşmənin xisləti bəllidir”.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.
Geri qayıt