DataLife Engine > Sosial, BLOK XƏBƏR > Abutalıbov reklam lövhələrini niyə sökdürür -

Abutalıbov reklam lövhələrini niyə sökdürür -


1-12-2014, 14:00. Yerləşdirdi: Esi Abutalıbov reklam lövhələrini niyə sökdürür -Məlum olduğu kimi bir neçə gündür ki, paytaxtda reklam lövhələri yığışdırılır.
Məsələ ilə bağlı qeyri-rəsmi olaraq bildirilirdi ki, bu, Prezidentin şifahi göstərişi əsasında həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bu məlumatı təkzib ediblər. Qurumun mətbuat katibi Nailə Məmmədova aznrews.az-a açıqlamasında deyib ki, reklam lövhələrinin yığışdırılması işləri Bakı meri Hacıbala Abutalıbovun verdiyi sərəncama uyğun olaraq aparılır. Onun sözlərinə görə, Bakıda baş tutacaq Avropa Oyunlarına hazırlıq ərəfəsində şəhərin mərkəzində ümumi görkəmə mənfi təsir göstərən və sənədsiz reklam lövhələri sökülür. Bununla bağlı müvafiq tapşırıqlar verilib:
“Bununla bağlı bir müddət əvvəl Bakı meri Hacıbala Abutalıbov sərəncam vermişdi. İndi həmin sərəncamın icrasına başlanılıb. Artıq işlərə start verilib. Mərkəzdə qeyri-qanuni, Ədliyyə Nazirliyi tərəfindən icazəsi olmayan tanıtım lövhələri birmənalı olaraq sökülür. Bundan başqa yararsız, müvafiq ölçüyə malik olmayan, əcnəbi dildə olan reklam lövhələri yığışdırılır”.

İcra Hakimiyyətinin sözçüsü onu da bildirib ki, reklam təmizliyi işlərini Bakı şəhəri İcra Hakimiyyətinin reklam departamenti, eyni zamanda hər rayounun icra hakimiyyətləri bu işlə məşğul olurlar.
Geri qayıt