DataLife Engine > Sosial > İcazəsiz ovun qarşısının alınması üçün reydlər aparılır

İcazəsiz ovun qarşısının alınması üçün reydlər aparılır


14-09-2018, 12:38. Yerləşdirdi: sefa İcazəsiz ovun qarşısının alınması üçün reydlər aparılırEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Xalqinfo.az-a daxil olan məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.
Geri qayıt