DataLife Engine > Sosial > İTV və AzərTac-dakı yoxlamalar müzakirə olundu

İTV və AzərTac-dakı yoxlamalar müzakirə olundu


13-09-2018, 15:14. Yerləşdirdi: sefa İTV və AzərTac-dakı yoxlamalar müzakirə olunduBu gün Hesablama Palatasının geniş tərkibdə Kollegiya iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, Kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Dövlət büdcəsindən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinə dair,eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.


Geri qayıt